Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Korporativ xəbərlər

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 29 may 2019-ci il tarixində AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 28 may 2019-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 964.9231 AZN təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 964.9231  AZN məbləği əsasında

hesablanacaq.

Bakı Fond Birjasında AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 964.9231 AZN olması nəzərə alınmalıdır.