Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Ticarət xəbərləri

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682,  İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 23 sentyabr 2019-ci il tarixində AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 23 sentyabr 2019-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 816.99 AZN təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 816.99    AZN məbləği əsasında

hesablanacaq.

Bakı Fond Birjasında AZ2013008688, AZ2014008687, AZ2015008686, AZ2016008685, AZ2017008684, AZ2018008683, AZ2019008682 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 816.99 AZN olması nəzərə alınmalıdır.