Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Ticarət xəbərləri

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2037008680, AZ2038008689, AZ2039008688, AZ2040008685 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 21 yanvar 2020-ci il tarixində AZ2037008680, AZ2038008689, AZ2039008688, AZ2040008685 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 19 yanvar 2020-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 970.80 AZN təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 970.80 AZN məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2037008680, AZ2038008689, AZ2039008688, AZ2040008685 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 970.80  AZN olması nəzərə alınmalıdır.