Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Ticarət xəbərləri

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 04 mart 2019-ci il tarixində AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 02 mart 2019-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 879.09 AZN təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 879.09 AZN məbləği əsasında

hesablanacaq.

Bakı Fond Birjasında AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 879.09 AZN olması nəzərə alınmalıdır.