İpoteka istiqrazları

İpoteka istiqrazlarını yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu buraxa bilərlər. İpoteka istiqrazları - ipoteka örtüyü ilə təmin olunmuş istiqrazlardır.

İpoteka istiqrazları orta və uzun müddətli olmaqla, faizli sənədsiz formada buraxılır.

İpoteka istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi fond birjası vasitəsi ilə həyata keçrilir. Qiymətli kağızların kütləvi təklifi emissiya prospekti ilə müşayiət olunur. Emissiya prospektinə və onun tərtib olunmasına dair tələblər Nəzarətedici orqan tərəfindən müəyyən edilir.

BFB-də qiymətli kağızların əldə edilməsi və BFB tərəfindən təşkil edilmiş bazarlarda iştirak birja üzvləri vasitəsi ilə həyata keçirilir. Bunun üçün arzu edilən birja üzvünə müraciət etmək gərəklidir.