Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Kapital Bank” ASC BFB-də listinqə qəbul edilmişdir

Ticarət xəbərləri

29 Avqust 2018-ci il tarixindən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilmişdir:

 

Döv. Qeyd. nömrəsi Q/k növü və forması Ticarətə buraxılan qiymətli kağızların sayı Q/k-ın yerləşdirməyə başlanması tarixi Q/k-ın ilkin ticarət qiyməti
1 AZ3001005157 İmtiyazlı adlı sənədsiz  

3 228 410

(ədəd)

30.08.2018 12.39 AZN

 

Səhmlərin yerləşdirməsi üzrə anderayter “PAŞA Kapital İnvestisiya şirkəti” QSC-dir.

 

Eyni zamanda Kapital Bankın hal-hazırda tədavüldə olan adi adlı sənədsiz səhmləri Listinq Komitəsinin qərarı ilə standart bazar seqmentinə daxil edilmişdir.

 

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.