Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Kapital bazarları üzrə master klass təlimlər keçirilmişdir

Korporativ xəbərlər

18-19 aprel 2019-ci il tarixində Bakı Fond Birjasının Bilik mübadiləsi proqramı çərçivəsində ADA universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində Qlobal Kapital Bazarları mövzusunda master klass təlimləri təşkil olunmuşdur.

Təlim ərzində Yaxın Şərq, Afrika, Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, İsrail və Türkiyə qiymətli kağızlar bazarları üzrə mütəxəssis Günsel Topbaş tərəfindən qiymətli kağızırların növləri, inkişaf etmiş ölkələrdə fond bazarlarının arxitekturası, inkişaf tendensiyaları barədə nəzəri və praktiki biliklər tədris edilmişdir.

Təlimlər ali təhsil müəssisələri və tədqiqat institutularında kapital bazarlarına dair praktiki biliklərin təşviqi məqsədi daşıyır. Auditoriyada İqtisadiyyat və Maliyyə ixtisasında təhsil alan tələbələr və müvafiq tədris heyəti iştirak etmişdir.