Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“KredAqro” QSC-nin istiqrazlarının yeni emissiyası

Ticarət xəbərləri

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “KredAqro” QSC faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınmışdır. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.

 

Emissiyanın parametrləri aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi

AZ2001009169

Emissiyanın həcmi

3 000 000 manat

Yerləşdiriləcək istiqrazların sayı

12 000 ədəd

Bir istiqrazın nominal dəyəri

250 manat

İstiqrazların tədavül müddəti

İlk istiqrazın yerləşdirildiyi

tarixdən etibarən 2 il

İstiqraz üzrə faiz dərəcəsi

14 %

Faiz ödəniş dövrünün müddəti

3 aydan bir

Anderrayter

“Invest -AZ” MMC

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər. “KredAqro” QSC -nin istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az ) “Emitentlər” bölməsində yerləşdirilib.