Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Listinq Məsləhət Proqramı çərçivəsində kapital bazarları üzrə master klass təlimlər keçirilmişdir

Bakı Fond Birjasının Listinq Məsləhət Proqramı çərçivəsində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının üzvləri,  özəl sektorun nümayəndələri və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün master klass təlimləri təşkil olunmuşdur.

Təlim kapital bazarına dair ictimaiyyətin məlumatlandırılması, sahiblik düşüncə tərzinin dəyişdirilməsi, maliyyə savadlılığının artırılması və ali təhsil müəssisələrində kapital bazarlarına dair praktiki biliklərin təşviq olunması məqsədilə təşkil olunmuşdur.

Təlimdə Turkiyənin Anadolu Universitetinin professoru Özləm Sayılır tərəfindən kapital bazarları üzrə dünya təcrübəsi və inkişaf etmiş ölkələrdə İPO vasitəsilə uğur qazanmış şirkətlərin təcrübəsindən, investorlarla peşəkar əlaqələrin qurulması və bu  istiqamətdə səmərəli maliyələşmə yollarının formalaşdırılması barədə təqdimat edilmişdir.

Tədbir interaktiv diskussiyalarla zəngin keçmiş və iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.