Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

21 fevral 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102002547 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 9 investor tərəfindən 16 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 36,215,300.00 AZN təşkil etmişdir.

Sifarişlər 90.3858 AZN (21.4499%) və 93.0842 AZN (14.9823%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 92.3980 AZN (16.5912%) orta ölçülmüş qiyməti 92.7509  (15.7608%) təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 22.02.2016 (t+1) tarixində həyata keçiriləcəkdir

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  10 000 000  AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  22.08.2017-cı  ildir.