Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Ticarət xəbərləri

10 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü Faizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu AZ0105017757
Emissiya həcmi 15 000 000 AZN
Nominal dəyəri 100 AZN
İstiqrazların tədavül müddəti 728  gün
Faiz ödənişləri (olduqda) 10 mart 2020-cu il, 08 sentyabr 2020-ci il, 09 mart 2021-ci il, 07 sentyabr 2021-ci il
Faiz gəliri 7.5 %
Ödəmə tarixi 07.09.2021
Anderrayter Paşa Kapital İŞ

QSC

 

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.