Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Ticarət xəbərləri

22 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü Faizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu AZ0106020750
Emissiya həcmi 15 000 000 AZN
Nominal dəyəri 100 AZN
İstiqrazların tədavül müddəti 1092  gün
Faiz ödənişləri (olduqda) 21 aprel 2020-ci il, 20 oktyabr 2020-ci il, 20 aprel 2021-ci il, 19 oktyabr 2021-ci il, 19 aprel 2022-ci il, 18 oktyabr 2022-ci il
Faiz gəliri 8.5 %
Ödəmə tarixi 18.10.2022
Anderrayter Paşa Kapital İŞ

QSC

 

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.