Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Ticarət xəbərləri

Nəzərinizə çatdırmaq istərdik ki,  4 fevral 2020-ci ildə keçiriləcək AZ0105003781  ISIN kodlu Maliyyə Nazirliyinin ortamüddətli dövlət istiqrazları üzrə hərrac eyni şərtlərlə 5 fevral 2020-ci il tarixində təşkil olunacaqdır.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.