Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

12 may 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104005779 ISIN-li, 33,398,000 manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 83.6389 AZN (20.0561%) və 92.3442 AZN (8.5%) olan 21 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 90.7183 AZN (10.49%), orta ölçülmüş qiyməti 91.3749 AZN (9.6778%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36,233,800.00 AZN yerləşdirilmiş həcmi isə 25,737,300 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  4 may 2021-ci  il.

Hərrac iştirakçıları 13 may 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.