Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

17 aprel 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104003683 ISIN-li, 35 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 88.5514 AZN (12.9999%) və 93.4915 AZN (6.9999%) olan 25 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 91.8685 AZN (8.9000%), orta ölçülmüş qiyməti 92.5841 AZN (8.0540%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 137 442 300,00 AZN, yerləşdirilmiş həcmi isə 35 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  16 aprel 2019-cu  il.

Hərrac iştirakçıları 18 aprel 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.