Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

29 may 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106009696 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 8 investor tərəfindən qiyməti intervalı 90.3179 AZN (13.0000%) və 98.7208 AZN (9.5000%) olan 14 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.9632 AZN (9.8000%), orta ölçülmüş qiyməti 98.4631 AZN (9.6071%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 41 955 800,00 AZN, yerləşdirilmiş həcmi isə 15 mln manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 25 may 2021-ci il.
Hərrac iştirakçıları 30 may 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.