Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

22 avqust 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104020547 ISIN-li, 25 mln manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 88.1941 AZN (13.4600%) və 93.0588 AZN (7.5000%) olan 11 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 90.3009 AZN (10.8000%), orta ölçülmüş qiyməti 90.3206 AZN (10.7757%) müəyyən edilmişdir. İstiqrazların nominal qiymətlə ümumi məbləği 66,177,600.00 yerləşdirilmiş həcmi isə 25 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi – 21 avqust 2018-cu  il.

Hərrac iştirakçıları 23 avqust 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.