Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

17 iyul 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104006686 ISIN-li, 35 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiyməti intervalı 90.9317 AZN (10.0275%) və 93.0588 AZN (7.5000%) olan 32 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6301 AZN (8.0001%), orta ölçülmüş qiyməti 92.6646 AZN (7.9596%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 84 061 300, 00 AZN, yerləşdirilmiş həcmi isə 35 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  16 iyul 2019-cu  il.

Hərrac iştirakçıları 18 iyul 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.