Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

14 avqust 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105013699 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiyməti intervalı 93.0697 AZN (12.0000%) və 97.3600 AZN (9.4800%) olan 11 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.7422 AZN (11.0000%), orta ölçülmüş qiyməti 95.4449 AZN (10.5867%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 46 451 500 AZN, yerləşdirilmiş həcmi isə 30 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  11.08.2020-ci il.

Hərrac iştirakçıları 14 avqust 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.