Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

18 sentyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0102009682 ISIN-li, 10 mln. manat həcmində, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti intervalı 95.6142 AZN (9.2499%) və 96.8606  AZN (6.5360%) olan 23 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.4695 AZN (7.3800), orta ölçülmüş qiyməti 96.4780 AZN (7.3616%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 51 428 900, 00 AZN, yerləşdirilmiş həcmi isə 10 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  19 mart 2019-cu  il.

Hərrac iştirakçıları 19 mart 2019-cu il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.