Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

16 oktyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104011686 ISIN-li, 40 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti intervalı 89.3119 AZN (12.033%) və 93.5785 AZN (6.8999%) olan 26 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.8869 AZN (7.6999%), orta ölçülmüş qiyməti 93.3607 AZN (7.1506%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 82, 433, 800, 00 AZN yerləşdirilmiş həcmi isə 40 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  15.10.2019-cu il.

Hərrac iştirakçıları 17 oktyabr 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.