Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

18 Dekabr 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104013682 ISIN-li, 40 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 9 investor tərəfindən qiyməti intervalı 90.0000 AZN (11.1723%) və 93.1450 AZN (7.4000%) olan 16 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.8440 AZN (7.7500%), orta ölçülmüş qiyməti 92.9064 AZN (7.6772%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 116. 194. 700, 00 AZN, yerləşdirilmiş həcmi isə 40 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  17 dekabr 2019-cu  il.

Hərrac iştirakçıları 19 dekabr 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.