Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

12 mart 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104003741 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 92.9728 AZN (7.6208%) və 93.9124  AZN (6.5357%) olan 18 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.3873  AZN (7.1394%), orta ölçülmüş qiyməti 93.4450 AZN (7.0727%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 81,202,600.00 AZN yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  10 mart 2020-ci  il.

Hərrac iştirakçıları 13 mart 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.