Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

19 mart 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106005751 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 97.5871 AZN (9.95%) və 100.3102 AZN (8.8799%) olan 10 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.1290 AZN (8.95%), orta ölçülmüş qiyməti 100.2246 AZN (8.9130%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 22,842,300.00 AZN yerləşdirilmiş həcmi isə 15,000,000.00 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  15.03.2022-ci il.

Hərrac iştirakçıları 27 mart 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.