Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

9 aprel 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105006750 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 97.2374 AZN (9.5500%) və 101.0231 AZN (7.4400%) olan 11 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.3837 AZN (8.900%), orta ölçülmüş qiyməti 99.8579 AZN (8.0783%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 29,066,600.00 AZN yerləşdirilmiş həcmi isə 20,000,000.00 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  06.04.2021-ci il.

Hərrac iştirakçıları 10 aprel 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.