Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

21 may 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106009753 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 96.7165 AZN (10.3000%) və 100.0000 AZN (9.0000%) olan 10 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.7120  (9.9001%), orta ölçülmüş qiyməti 98.2212 (9.6975%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 15,752,900.00 AZN yerləşdirilmiş həcmi isə 14,202,000.00 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  17.05.2022-ci il.

Hərrac iştirakçıları 22 may 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.