Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

25 iyun 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106011759 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 97.7122  AZN (9.9000%) və 103.1555 AZN (7.8000%) olan 11 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.7462  (9.4900%), orta ölçülmüş qiyməti 100.2211 (8.9143%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 26,034,300.00 AZN yerləşdirilmiş həcmi isə 15,000,000.00 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  21.06.2022-ci il.

Hərrac iştirakçıları 27 iyun 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.