Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

21 yanvar 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104001778 ISIN-li, 10 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 92.6302 AZN (8.0000%) və 96.1741 AZN (4.0000%) olan 20 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.7165 AZN (4.4998%), orta ölçülmüş qiyməti 95.7857 AZN (4.4239%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 55,789,700.00 AZN yerləşdirilmiş həcmi isə 10 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  19 yanvar 2021-ci  il.

Hərrac iştirakçıları 22 yanvar 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.