Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Ticarət xəbərləri

04 oktyabr 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101015516 ISIN kodlu, 91 gün tədavül müddətli, 22 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 3 investor tərəfindən 7 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 5,332,000.00 AZN təşkil etmişdir.

Sifarişlər 95.6600 AZN (18.4500%) və 97.1450 AZN (11.9515%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 95.6600 AZN (18.4500%) orta ölçülmüş qiyməti 96.4569 AZN (14.9378%)  təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 05.10.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  5,332,000.00  AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  03.01.2017-cı  ildir.

İstiqrazların tədavül müddəti –  91 gündür.