Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Ticarət xəbərləri

18 oktyabr 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102017511 ISIN kodlu, 182 gün tədavül müddətli, 20 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 4 investor tərəfindən 8 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 7,136,200.00 AZN təşkil etmişdir.

Sifarişlər 91.3000 AZN (19.2159%) və 93.3000 AZN (14.4812%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91.3000 AZN (19.2159%) orta ölçülmüş qiyməti 92.1575 AZN (17.1608%)  təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 19.10.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  7,136,200.00  AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  18.04.2017-cı  ildir.

İstiqrazların tədavül müddəti –  182 gündür.