Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Ticarət xəbərləri

25 oktyabr 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104019515 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 4 investor tərəfindən 9 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 17,736,800.00 AZN təşkil etmişdir.

Sifarişlər 83.3500 AZN (20.0860%) və 87.0940 AZN (14.9001%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 86.9876 AZN (15.0413%) orta ölçülmüş qiyməti 86.9919 (15.0356%)  təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 26.10.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  10 000 000  AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  24.10.2017-cı  ildir.

İstiqrazların tədavül müddəti –  364 gündür.