Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Ticarət xəbərləri

15 noyabr 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102022511 ISIN kodlu, 182 gün tədavül müddətli, 19 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 6 investor tərəfindən 15 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 33,380,300.00 AZN təşkil etmişdir.

Sifarişlər 90.9771 AZN (19.9999%) və 93.4747 AZN (14.0773%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91.8065 AZN (17.9974%) orta ölçülmüş qiyməti 92.7129 AZN (15.8499%)  təşkil etmişdir.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  19 000 000  AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  16.05.2017-cı  ildir.

İstiqrazların tədavül müddəti –  182 gündür.