Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

25 aprel 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104008542 ISIN kodlu, 364 gün tədavül müddətli, 50 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 10 investor tərəfindən 22 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 45,913,200.00 AZN təşkil etmişdir.

Sifarişlər 84.1072 AZN (18.9999%) və 86.9876 AZN (15.0413%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 84.7000 AZN (18.1632%) orta ölçülmüş qiyməti 85.4926 AZN (17.0626%) təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 26.04.2017 (t+1) tarixində həyata keçiriləcəkdir

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  37,599,700.00 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  24.04.2018-cı  ildir.