Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

20 iyun 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102013544 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 9 investor tərəfindən 17 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 29,955,800.00 AZN təşkil etmişdir.

Sifarişlər 92.2253 AZN (16.9999%) və 94.39870 AZN (11.9656%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 94.3099 AZN (12.1668%), orta ölçülmüş qiyməti 94.3574 AZN (12.0591%) təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 21.06.2017 (t+1) tarixində həyata keçiriləcəkdir

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  10,000,000.00 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 19.12.2017-ci  ildir.