Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

20 iyun 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104014540 ISIN kodlu, 364 gün tədavül müddətli, 15 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 11 investor tərəfindən 21 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 50,878,900.00 AZN təşkil etmişdir.

Sifarişlər 85.6475 AZN (16.8499%) və 89.3382 AZN (11.9999%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 87.7784 AZN (13.9999%), orta ölçülmüş qiyməti 88.236 AZN (13.4058%) təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 21.06.2017 (t+1) tarixində həyata keçiriləcəkdir

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  15,000,000.00 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 19.06.2018-ci  ildir.