Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Ticarət xəbərləri

26 iyul 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102005516 ISIN kodlu, 182 gün tədavül müddətli, 15 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 7 investor tərəfindən 12 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 25,240,600 AZN təşkil etmişdir.

Sifarişlər 88.1630 AZN (27.1492%) və 97.1150 AZN (6.007%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın zamanı toplanmış sifarişlər üzrə kəsmə qiymət 94.8851 AZN (10.9003%), orta ölçülmüş qiymət 96.2368 AZN (7.9071%) səviyyəsində Emitent tərəfindən müəyyən edilmişdir.

Hərrəcın yekunları üzrə, istiqrazların nominal qiymətlə reallaşdırılmış həcmi 4 781 600 AZN təşkil edilmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 27.07.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.

İstiqrazların ödəmə tarixi  24.01.2017-cı  ildir.

İstiqrazların tədavül müddəti –  182 gündür.