Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Ticarət xəbərləri

23 avqust 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104010514 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən 10 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 16,123,200.00 AZN təşkil etmişdir.

Sifarişlər 82.1285 AZN (21.8803%) və 91.3500 AZN (9.5212%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti  91.3500 AZN (9.5212%) orta ölçülmüş qiyməti 91.3500 AZN (9.5212%)  təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 24.08.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  5 473 400  AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  22.08.2017-cı  ildir.

İstiqrazların tədavül müddəti –  364 gündür.