Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Ticarət xəbərləri

06 sentyabr 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104013518 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 2 investor tərəfindən 5 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 8,196,700.00 AZN təşkil etmişdir.

Sifarişlər 83.6175 AZN (19.7001%) və 91.3500 AZN (9.5212%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 91.3500 AZN (9.5212%) orta ölçülmüş qiyməti 91.3500 AZN (9.5212%)  təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 07.09.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5,473,400.00 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  05.09.2017-cı  ildir.

İstiqrazların tədavül müddəti –  364 gündür.