Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Metak istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

17 may 2019-ci il tarixində Bakı Fond Birjasında “Met-Ak”MMC-nin  AZ2003020271  ISIN-li, 3 mln manat həcmində, 1 il (366 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Yerləşdirmə zamanı hərrac qiyməti 1000,00 AZN olmuşdur. Sifarişlər 8 investor tərəfindən   təqdim edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3 mln manat olmuşdur.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 3 mln manat təşkil etmişdir.

İstiqrazların   ödəmə tarixi 17 may 2020-ci ildir.

“Met-Ak”MMC-nin istiqrazları Bakı Fond Birjasının standart bazar seqmentində listinqdədir.