Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Muğanbank” ASC-nin səhmlərinin yerləşdirilməsi

Ticarət xəbərləri

“Muğanbank” ASC -nin adi sənədsiz adlı səhmlərinin “Bakı Fond Birjası” QSC-də (BFB) 08 fevral 2016-ci il tarixindən etibarən alternativ bazar seqmentində yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.

Emissiyanın parametrləri aşağıdakı kimidir:

 

Dövlət qeydiyyat nömrəsi AZ1001015466
Emissiyanın həcmi 5 000 000 AZN
Qiymətli kağızın miqdarı 25 000 ədəd
Nominal dəyəri 200 AZN
Anderrayter “Unicapital İnvestisiya şirkəti” ASC
Üstünlük hüququ müddətinin son tarixi 31.01.2016
Yerləşdirmənin başa çatma tarixi 10.02.2016

 

Səhmləri əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

Səhmlərinin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.