Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Puta-Əyirici” ATSC-nin qiymətli kağızları üzrə BFB-də hərrac keçiriləcəkdir

Ticarət xəbərləri

AZ1001012645 dövlət qeydiyyat nömrəli “Puta-Əyirici” ATSC-nin adi adlı səhmləri məhkəmə qərarlarının icrası ilə əlaqədar olaraq, PSG Kapital ASC-nin müraciətinə əsasən Bakı Fond Birjasında alternativ bazar seqmentində açıq satışa çıxarılacaqdır.

Səhmlərin minimal satış qiyməti qiyməti 1.00 AZN təşkil edir. Qiymətli kağızların alışı sifarişlərinin BFB-nin ticarət sistemində qeydiyyatı 9 yanvar 2019-cu il tarixində saat 11.00-dan 12.30-dək həyata keçiriləcəkdir.

Satışa çıxarılacaq səhmlər barədə məlumat aşağıdakı cədvəldə qeyd edilmişdir:

Döv. Qeyd. nömrəsi Q/k növü və forması Emitent Ticarətə buraxılan qiymətli kağızların sayı Q/k-ın ticarətə buraxılması tarixi  

Q/k-ın delistinq tarixi

Q/k-ın ilkin ticarət qiyməti
1 AZ1001012645 Adi səhm    “Puta-         Əyirici”    ATSC 560 070

(ədəd)

09.01.2019 09.01.2019 1 AZN

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.