Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Ticarət xəbərləri

01 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında Qara Dəniz Ticarət və İnkişaf Bankının korporativ istiqrazları üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

İstiqrazın növü Korporativ, təmin olunmamış
Qiymətli kağızın ISIN kodu AZ2001021487
Emissiya həcmi 10 000 000 AZN
Nominal dəyəri 1000 AZN
İstiqrazların tədavül müddəti 730 gün (2 il)
Faiz gəliri 9.25 %
Ödəmə tarixi 31 İyul 2021
Anderrayter Paşa Kapital İŞ QSC

 

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.