Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Unibankın istiqrazları BFB-də listinqə qəbul edilmişdir

Ticarət xəbərləri

18 dekabr 2017-ci il tarixində BFB-nin Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin faizli, sənədsiz, adlı təmin edilməmiş istiqrazlları BFB-də standart bazar seqmentində listinqə daxil edilmişdir:

 

Döv. Qeyd. nömrəsi Q/k növü və forması Emitent Ticarətə buraxılan qiymətli kağızların sayı Q/k-ın ilkin ticarət qiyməti Bazar seqmenti
1 AZ2011002022 faizli sənədsiz adlı təmin edilməmiş istiqraz “Unibank Kommersiya Bankı”

ASC

1.000 (ədəd) 10.000 USD standart

 

Nominal dəyəri 10 mln. dollar olan istiqrazların tədavül müddəti 6 ildir və illik gəlirlik dərəcəsi 6%-dir.  İstiqrazlar BFB-də kütləvi təklif qaydasında, hərrac üsulu ilə yerləşdiriləcək. Hərrac tarixi əlavə olaraq açıqlanacaq.

Emissiya prospekti və emitentin digər məlumatlarını BFB-nin internet səhifəsinin emitentlərin məlumat bazası bölməsində (www.bfb.az) yerləşdirilib.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.